Ceyranbatan su kanalının “Stansiya Sumqayıt” ərazisindən keçən hissəsində batdığı ehtimal olunan yeniyetmənin axtarışları davam edir.
13 yaşlı İbrahim Əliyev aprelin 20-də yoxa çıxıb. Fövqəladə Hallar Nazirliyinin qüvvələri yeniyetmənin batdığı ehtimal edilən istiqamətlər üzrə, o cümlədən kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində axtarışlar aparır.
[video width="1280" height="720" mp4="https://sumqayit24.az/storage/photos/2024/04/FHN-Matbuat-xidmatinin-malumati.mp4"][/video]