Ceyranbatan qəsəbəsində məktəbli qız itkin düşüb. Sumqayıt24 bu barədə 4 oktyabr tarixində xəbər verir.
Hadisə ötən gün məscidə yaxın ərazidə qeydə alınıb. Məlumata əsasən, 10-cu sinif şagirdi Xamayeva Xədicə dərsdən sonra hazırlığa gedərək geri qayıtmayıb.
Şəkildə gördüyünüz azyaşlını tanıyan və ya barəsində məlumatı olanlardan atası İmran Xamayevlə (055) 242 33 18 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.