Ceyranbatanda yük maşını qaçırılıb. Bu haqda 27 mart tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat verir.
Martın 25-də qəsəbə ərazisindən “MAN” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səyyad Mehdiyev avtomobillə saxlanılıb və polis bölməsinə təhvil verilib.
Fakt araşdırılır.