Ceyranbatanlı karateçiyə Abşeron Rayon Polis İdarəsində (RPİ) yeni vəzifə verildi. Bu haqda Report-a istinadən xəbər yazırıq.
Məlumata əsasən, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə, titullu idmançı Firdovsi Fərzəliyev Abşeron Rayon Polis İdarəsində, kadrlar qrupunun inspektoru vəzifəsində çalışacaq.
Qeyd edək ki, 28 yaşlı Fərzəliyev I Avropa Oyunlarında (2015) və Dünya Oyunlarında (2017) qızıl, II Avropa Oyunlarında gümüş medal qazanıb. Eləcə də o, Dünya çempionatı və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medal sahibidir.