Corat qəsəbəsində ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli evdə yanğın baş verib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə ötən gün qeydə alınıb. 8 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 12 kv.m sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.