Sumqayıtda, Corat qəsəbəsində tarixi abidə baxımsız qalıb. Sumqayıt24 bu haqda 12 aprel tarixində xəbər verir.
Hacı Məcid hamamı XVI əsrdə tikilib. Səməd Vurğun küçəsindən 60-70 metr aralıda yerləşir. Yerli əhali arasında “şam işığı ilə qızan” hamam kimi tanınırdı. Abidə sonuncu dəfə 1985-ci ildə təmir olunub və üç il işləyib. Hazırda isə hamam zibilxana kimi istifadə edilir.
Qeyd edək ki, hamam tarixi abidələr siyahısına salınıb. İki il öncə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən hamamın yeni aşkarlanmış tarixi abidə kimi qeydə alındığı və reyestrə daxil edilməsi istiqamətində işlərin aparıldığı bildirilmişdi. Sonradan onun bərpası və yenidən istifadəsi məsələsi də nəzərdən keçirilməli idi.