Faciəvi şəkildə ölən 7 yaşlı Fəridin anası Aynur Məlikova məşqçi ilə arasında münasibət olması barədə deyilənlərə açıqlama verib. Bu haqda 4 may tarixində Sumqayıt24 xəbər verir.
Aynur Məlikova İmedia kanal TV-də canlı efirə qoşulub. Aparıcı-jurnalist İntiqam Valehoğlu qadının məşqçi ilə münasibətinin olması ilə bağlı bir neçə sual ünvanlayıb:
- Əsas ittihamlardan biri, bir çox tanınmış simaların da fikirləri bu idi ki, Aynur xanımın sanki məşqçiyə bir rəğbəti var, simpatisası var, hər hansı bir münasibəti var.
“Uşağın bütün ətrafı ilə mən əlaqədəyəm. Balaca qəsəbədir. Saç ustası, hər bir yerinə mən gedirəm. İndi mən hamıya deyim ki, Nasosnıyın 80 faizi ilə mən səmimi münasibətdəyəm?”
- Bu münasibət olsaydı, siz bunu etiraf edərdiniz? Danmazdız?
“Danmazdım, çünki subay adamam. Hər bir şeydə haqq var”.
- Məqşçiyə adı ilə müraciət edirsiz. Bu səmimiyyət də bir az sual yaradır.
“Onun nə dəxlisi var. Bizdə dağlar qəsəbəsidir. Adi qonşular belə “Aynur” deyə çağırırlar. İndi mən deyim ki, sən mənimlə münasibətin açıqdı. Sən mənə Aynur xanım denən. O normal bir şeydir”.
- Qarşı tərəfdən hər hansısa istək, təklif, rəğbət, nəsə hiss eləmişdiz və yaxud özünüzdən qarşı tərəfə?
“Yox. Orda diliynən deyilən bir şey olmayıb. Mən xanım kimi xanımam, kişi kimi kişiyəm”.