Ən çox dil bilən deputatların siyahısı açıqlanıb. Sumqayıt24 bu haqda 18 may tarixində Bizim.media-ya istinadən xəbər verir.
Hər birimiz üçün xarici dil bilmək üstünlük sayılır. Milli Məclisi təmsil edən deputatlara gəldikdə isə bu, diplomatiyada onlar üçün daha önəmli şərtdir. Çünki siyasi arenada əlavə dil vacib hesab edilir.
Sözügedən siyahıda 42 saylı Sumqayıt ikinci seçki dairəsindən seçilmiş deputat Tahir Mirkişilinin də adı var. O, ingilis, rus və alman dillərini bilir.