top
DTX-dən ƏMƏLİYYAT: Ordumuza aid videomaterialları yayan şəxs istintaqa cəlb edildi
18 mart 2025, 02:24
- ↺ +

DTX-dən ƏMƏLİYYAT: Ordumuza aid videomaterialları yayan şəxs istintaqa cəlb edildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid videomateriallar yayan şəxs istintaqa cəlb edilib.

Sumqayit24.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

"17 mart 2025-ci ildə sosial şəbəkələrin xarici seqmentində Azərbaycan Respublikasının dövlət sərhədində guya hərbi əməliyyatlar keçirilməsi ilə bağlı tədbirlərin görüldüyü iddia olunmaqla, Azərbaycan Ordusuna məxsus hərbi texnikanın hərəkəti barədə videogörüntülər yayılıb.

Faktla əlaqədar, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb, aparılan ilkin araşdırmalar nəticəsində yayımlanan videokadrların 27 fevral 2025-ci il tarixinə aid olduğu təsbit edilib.

Müəyyənləşdirilib ki, Azərbaycan Respublikasının vətəndaşı, 2007-ci il təvəllüdlü Rüstəmov Səməd Bəhman oğlu 27 fevral 2025-ci ildə Gədəbəy rayonu ərazisində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın hərəkətinin videoçəkilişini aparıb və qanunla yayılması qadağan olunan bu videomaterialı 15 mart 2025-ci ildə özünün “TikTok” sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Bundan sonra, həmin videogörüntülərə sosial şəbəkələrdə fərqli dövrlərə aid videokadrlar əlavə edilməklə, həqiqəti əks etdirməyən müxtəlif xəbərlərin istinad mənbəyi olaraq nümayiş etdirildiyi müəyyən olunub.

Görülən təxirəsalınmaz tədbirlərlə Səməd Rüstəmov saxlanılaraq istintaqa cəlb olunub, həmin videogörüntüləri çəkdiyi mobil telefon maddi sübut kimi götürülüb.

Bir daha bildirilir ki, Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib internet informasiya ehtiyatında, o cümlədən sosial şəbəkələr vasitəsilə yayımlanması cinayət məsuliyyəti yaradır və belə əməllərə yol verən şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulan hüquqi tədbirlərin görülməsi təmin ediləcək", - məlumatda deyilir.

Son xəbərlər

İdman
Bu gün, 18:51

Sumqayıtlı karateçi Avropa çempionu oldu

Bütün xəbərlər
Bu gün, 18:35

STM-in direktor əvəzi: "Xilas etdiyimi əsgərin şəhid olması xəbərini eşitmək çox ağırdır"

Bütün xəbərlər
Bu gün, 18:20

Sumqayıt məktəblilərindən olimpiadada yüksək nəticə

Bütün xəbərlər
Bu gün, 17:58

Novxanılı milyonçu kabinetə müğənni çağırdı, oriental rəqs tələb etdi - TƏFƏRRÜAT

Bütün xəbərlər
Bu gün, 17:40

Sumqayıtın sərnişin avtobusunda tüstülənmə - İDDİA

Bütün xəbərlər
Bu gün, 17:39

Sumqayıtdakı kanalizasiya problemi ilə bağlı açıqlama

Bütün xəbərlər
Bu gün, 17:20

Sumqayıtda yeni uşaq bağçası açılır – qəbul başladı

Bütün xəbərlər
Bu gün, 16:56

Sumqayıtda daşan su kanalında problem həll edildi

Bütün xəbərlər
Bu gün, 16:51

Rüfət Nasosnu "od püskürdü": "Bu özbaşınalığa son qoyulsun"

İdman
Bu gün, 16:15

Sumqayıtdan Avropa zirvəsinə yüksələn pəhləvan – Murad Məmmədov

Bütün xəbərlər
Bu gün, 15:40

Telefonlar da POS-terminal statusu alacaq

Bütün xəbərlər
Bu gün, 15:05

Sumqayıtda sabah 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Bütün xəbərlər
Bu gün, 14:11

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Bu gün, 14:00

Novxanıdakı "MİLYONLUQ SARAY"ın sahibi həbs edildi

İdman
Bu gün, 12:55

"Sumqayıt" – "Şəfa" matçını bu qədər azarkeş izləyib

Bütün xəbərlər
Bu gün, 12:28

Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib

Bütün xəbərlər
Bu gün, 12:25

Sumqayıtlı şəhid anası vəfat etdi

Bütün xəbərlər
Bu gün, 11:50

Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi

Bütün xəbərlər
Bu gün, 11:15

Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə d*ydü

Bütün xəbərlər
Bu gün, 10:50

24 yaşlı Sumqayıt sakini qəzada həlak oldu

Bütün xəbərlər
Bu gün, 10:20

Sumqayıtda "Mənim hüququm nədir?" mövzusunda inşa müsabiqəsi təşkil olunur

Bütün xəbərlər
Bu gün, 09:45

Toz, çirk və mazut qoxusu – Sumqayıt avtobuslarından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 09:12

Sərnişinlər qapıların bağlanmasına mane oldu, qatar gecikdi

Oxşar xəbərlər