Gənc sumqayıtlı iqtisadçılar üçün təlimçilik təlimləri keçiriləcək. Sumqayıt24 bu haqda 7 aprel tarixində “Easy-Peasy Economics”ə istinadən xəbər verir.
Görüşlər Avropa İttifaqının maliyyə dəstəyi ilə “Eastern Partnership Civil Society Facility” proqramı çərçivəsində "Easy-Peasy Economics"in təşəbbüsü ilə təşkil olunacaq.
Bir ay davam edəcək proqram zamanı hər həftə iki dəfə rəqəmsal kommunikasiya, ictimai natiqlik kimi mövzularda təlimlər olacaq. Kursu uğurla bitirənlər komandalara bölünəcək, hazırladıqları proqram üzrə təlim keçmələri üçün kiçik maliyyə dəstəyi ilə təmin ediləcəklər.
Bundan əlavə, kontent yaratma ilə bağlı 3 onlayn sessiya olacaq. Hər təlimdə iştirak etmək zəruridir.
Tələblər:
Ünvan: Bakı şəhəri;
Qeydiyyatdan linki: https://forms.gle/Y3k2QWvFdT2NGGY8A (son tarix 15 aprel, saat 23:59).
Bu proqram Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb. Proqramdakı məlumatlar Avropa İttifaqının rəsmi mövqeyini əks etdirmir və məzmuna görə tam məsuliyyəti “Easy-Peasy Economics” daşıyır.