Sumqayıtda fəaliyyət göstərən marketlərdə nöqsanlar tapılıb. Sumqayıt24 bu haqda 10 fevral tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
Qurumun əməkdaşları tərəfindən şəhər ərazisində monitorinqlər keçirilib. Nəticədə "Elmar" (Kimyaçılar qəsəbəsi) və "Fəxri" marketlərdə (18-ci məhəllə) satılan bəzi malların Azərbaycan dilində markalanmasının olmadığı məlum olub.
Faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.