top
“Erkən nikaha sövq edən valideynlər məsuliyyətə cəlb olunmalıdırlar” – Ekspertlərdən AÇIQLAMA
27 mart 2025, 02:30
- ↺ +

“Erkən nikaha sövq edən valideynlər məsuliyyətə cəlb olunmalıdırlar” – Ekspertlərdən AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağcabədidə 13 yaşlı qızın 23 yaşlı oğlandan övlad dünyaya gətirməsi ilə bağlı bir neçə gündür ki, xəbərlər tirajlanır. Məlumata görə, ailələrin razılığı ilə qızın 18 yaşı tamam olanda rəsmi nikah bağlanacaqmış. Ailələr evdə yaxın qohumların iştirakı ilə toy məclisi də təşkil ediblər. Hamilə olan qız xəstəxanaya müayinəyə gedən zaman həkimlər bu barədə polisə məlumat veriblər. Buna qədər ailələr məsələni gizli saxlamağa çalışıblar.

Faktla bağlı cinayət işi açılıb. Məhkəmə istintaqı dövründə cütlüyün övladı dünyaya gəlib.

Zərərçəkmiş kimi tanınan 13 yaşlı qız və ailəsi şikayətçi olmayıblar. Onların övladlarının dünyaya gəlməsi də yüngülləşdirici hal kimi nəzərə alınıb.

Məhkəmənin hökmü ilə Şəhriyar (ad şərtidir) barəsində şərti cəza təyin edilib. Həbsdə olan Şəhriyar azadlığa buraxılıb və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Bəs, görəsən, bu kimi halların artmasına səbəb nədir? Qarşısını necə almaq mümkündür?

İnsanoid.com-a məsələ ilə bağlı açıqlama verən psixoloq Gülnar Orucovanın sözlərinə görə, uşaqlarda cinsi yetişkənlik dövrü əvvəlki illərə nisbətən sanki daha önə doğru gedir:

“Ümumiyyətlə erkən nikahlara daha çox bölgələrdə rast gəlinir. Daha çox da cənub bölgəsində görürük. Uşaqlarda cinsi yetişkənlik dövrü də əvvəlki illərə nisbətən sanki daha önə doğru gedib. Burada da müəyyən səbəblər var. Eləcə də son dövrlərdə valideynlərin övladlarını nəzarətdən kənarda qoyması, sevgidən, diqqətdən, qayğıdan məhrum etməsi bu cür hallara gətirib çıxara bilər.


İndiki valideynlər uşaqların ehtiyacları üçün çalışırlar. Bu zaman da övladları nəzarətsiz qalır. Valideynlər övladlarına çox kiçik yaşlarda mobil telefon alırlar. Biz sosial şəbəkələrdə də görürük ki, uşaqlar aktivdirlər. Valideynlər övladlarını telefonlara özləri alışdırırlar. Bununla da qarşılarına müəyyən videolar çıxır. Və o hissləri yaşamaq istəyirlər”.

G.Orucova qeyd edib ki, erkən nikaha sövq edən valideynlər məsuliyyətə cəlb olunmalıdırlar:
“İndiki yeniyetmələr sanki sevgi dilənçisidirlər. Evdə sevgi görmədikləri üçün kiminsə sevgisinə anında aldanırlar. Nəticələri də ağır olur.

13 yaşlı qız hamilə olsa belə evləndirmək çarə deyildi. Erkən nikaha sövq edən valideynlər hər biri məsuliyyətə cəlb olunmalıdırlar. Cərimə ödəməklə yaxalarını qurtarmasınlar. İndiki uşaqlardan soruşanda ki, nə olmaq istəyirsən? Deyir ki, “mən ana, gəlin olmaq istəyirəm”. 5-6 yaşında uşaq belə danışmamalıdır. Peşə seçməlidir. Evdə görürlər ki, təbliğat ancaq evlilik  yönündədir. Ona görə də elə düşünürlər”.

Sosioloq Mail Yaqubov isə əlavə edib ki, bu kimi hallar Azərbaycan mədəniyyətinə ziddir və qəbuledilməzdir:

“Belə xoşagəlməz halların yaranmasında şübhəsiz ki, sosial şəbəkələrdə özbaşına qalan tərbiyəsiz bloqerlərin böyük rolu var. Onlar bu halları tətikləyirlər. Elə insanların qarşısı alınmalıdır.

Belə hallarda da əsas məsuliyyəti ata və ana daşıyır. Onlar valideynlik məsuliyyətini başa düşməlidirlər. Valideynlik təkcə dünyaya uşaq gətirmək deyil. Uşağı idarə etmək və tərbiyə etmək bacarığıdır. 13 yaşlı uşağın məsuliyyəti birbaşa valideynin üzərindədir. Valideyn nəzarət edib, diqqət ayırmalıdır. Sosial şəbəkələrdə və televiziyalarımızda bu yöndə, təəssüflər olsun ki, maarifləndirmə aparılmır. Çox zəifdir. Maarifləndirici ciddi verilişlər hazırlanmalıdır”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:56

Sumqayıtda daşan su kanalında problem həll edildi

Bütün xəbərlər
Bu gün, 16:51

Rüfət Nasosnu "od püskürdü": "Bu özbaşınalığa son qoyulsun"

İdman
Bu gün, 16:15

Sumqayıtdan Avropa zirvəsinə yüksələn pəhləvan – Murad Məmmədov

Bütün xəbərlər
Bu gün, 15:40

Telefonlar da POS-terminal statusu alacaq

Bütün xəbərlər
Bu gün, 15:05

Sumqayıtda sabah 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Bütün xəbərlər
Bu gün, 14:11

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Bu gün, 14:00

Novxanıdakı "MİLYONLUQ SARAY"ın sahibi həbs edildi

Bütün xəbərlər
Bu gün, 13:30

Sumqayıtda ərazini çirkab sular basdı - ŞİKAYƏT

İdman
Bu gün, 12:55

"Sumqayıt" – "Şəfa" matçında bu qədər azarkeş izləyib

Bütün xəbərlər
Bu gün, 12:28

Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib

Bütün xəbərlər
Bu gün, 12:25

Sumqayıtlı şəhid anası vəfat etdi

Bütün xəbərlər
Bu gün, 11:50

Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi

Bütün xəbərlər
Bu gün, 11:15

Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə d*ydü

Bütün xəbərlər
Bu gün, 10:50

24 yaşlı Sumqayıt sakini qəzada həlak oldu

Bütün xəbərlər
Bu gün, 10:20

Sumqayıtda "Mənim hüququm nədir?" mövzusunda inşa müsabiqəsi təşkil olunur

Bütün xəbərlər
Bu gün, 09:45

Toz, çirk və mazut qoxusu – Sumqayıt avtobuslarından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 09:12

Sərnişinlər qapıların bağlanmasına mane oldu, qatar gecikdi

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:40

"Ərazidə dayanmaq olmur": sumqayıtlılardan narazılıq

Bütün xəbərlər
Dünən, 18:20

Ceyranbatanda zibil həftələrlə küçədə qalır? - İDDİA

Bütün xəbərlər
Dünən, 18:09

Qoyun leşləri günlərdir ərazidən yığışdırılmır…

Bütün xəbərlər
Dünən, 17:42

Sumqayıtda velosiped və skuterlərin hərəkəti üçün yeni addım

Bütün xəbərlər
Dünən, 17:05

Müəllimlərə güzəşt - avtobus və metro 1 QƏPİYƏ

Oxşar xəbərlər