Misli Premyer Liqasında X turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.
Sumqayit24.az xəbər verir ki, turun 6 qarşılaşmasında ümumilikdə 18.900 tamaşaçı qeydə alınıb. Məlumata görə, 1:1 hesablı heç-heçə ilə bitən "Sumqayıt" – "Şəfa" matçını stadionda 1300 azarkeş canlı izləyib.
Qeyd edək ki, ən çox azarkeş "Kəpəz" – "İmişli" qarşılaşmasında (1:0) olub. Gəncə şəhər stadionunda keçirilən matçı 10.500 tərəfdar tribunadan izləyib.