Sumqayıt şəhərində avtomobil su kanalına düşüb. Bu haqda 10 aprel tarixində Sumqayıt24 xəbər verir.
Hadisə ötən gün günorta radələrində “Qurd dərəsi” yaşayış massivində ehtiyatsızlıqdan baş verib. “Opel” markalı maşının sürücüsü avtomobilinin sürətlər qutusunu “neytral” vəziyyətdə saxlayaraq evə gedib. Bir müddət sonra qayıtdığında isə nəqliyyat vasitəsini kanalda tapıb. Avtomobil qaldırıcı kran vasitəsilə sudan çıxarılıb.