"Yaşıl dərə" yaşayış massivində elektrik cərəyanının vurması nəticəsində 1 nəfər ölüb. Bu haqda 29 iyul tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
45 yaşlı Mehman Həsənov evində elektrik işi görən zaman onu elektrik cərəyanı vurub. O, hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.