Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi maarifləndirici tədbir keçirib. Bu haqda 20 iyul tarixində Sumqayıt24 xəbər verir.
Şəhər ərazisində yerləşən çimərliklərdə təşkil olunan təlimdə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri də iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb.