Sumqayıtda azyaşlı köməksiz vəziyyətdə qalıb. Sumqayıt24 bu haqda 24 may tarixində xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 1 uşağın mənzildə bağlı qapı arxasında qaldığı bildirilib. Qurumun Sumqayıt Regional Mərkəzinin əməkdaşları çağırış ünvanına cəlb olunublar.
Xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın təhlükəsizliyi təmin edilib.