FHN-in Sumqayıt Regional Mərkəzi tərəfindən maarifləndirici təlimlər keçirilib. Bu haqda 11 mart tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
“Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda keçirilən təlimdə şərti olaraq, baş vermiş nəqliyyat qəzası nümayiş olunub. Burada xilasedicilər deformasiyaya uğramış avtomobildən “zərərçəkmişləri xilas edərək” onlara “təxirəsalınmaz ilkin yardım göstəriblər”.
Əhalinin maarifləndirilməsi məqsədilə təşkil olunan digər seminar “Səhliyalı” müəssisəsində baş tutub. Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.