FHN-in Sumqayıt Regional Mərkəzi obyekt mülki müdafiə məşqi baş tutub. Bu haqda 15 mart tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Seminar “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusuna həsr olunub.
“Tabaterra” QSC-də keçirilən məşq zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib. Sonda əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.