FHN-in Sumqayıt Regional Mərkəzində mülki müdafiə kursları keçirilib. Bu haqda 30 mart tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Kurslar “İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər” və “Bələdiyyə sədrləri” mövzularını əhatə edib. Seminarda əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları və davranış qaydaları, idarəetmə orqanlarının fəaliyyəti və əhalinin mühafizəsi sahəsindəki roluna dair məşğələlər tədris olunub.
Tədbirlərin sonunda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.