Sumqayıtda 10-cu Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin şəhər mərhələsi başa çatıb. Sumqayıt24 bu barədə 7 noyabr tarixində 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə istinadən xəbər verir.
“Fövqəladə hallar uşaqların gözü ilə” adlı müsabiqədə şəhər və rayon məktəblərinin istedadlı şagirdləri rəsmlər, plakatlar, əl işləri, yanğın, qəza-xilasetmə texnikasının modelləri və yumşaq oyuncaqlar təqdim ediblər. Bu nümunələri münsiflər heyəti qiymətləndirib. Müsabiqəyə təqdim olunmuş 250-yə yaxın işin içərisindən ən yaxşıları seçilərək sözügedən uşaq yaradıcılıq müsabiqəsinin növbəti mərhələsində sərgilənəcək.
Tədbir Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.