Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan ailə sağlamlıq mərkəzlərində (ASM) fəaliyyət göstərən “Valideyn məktəbi” kabinetlərində maarifləndirici tədbir keçirilib. Bu haqda 25 fevral tarixində Sumqayıt24 STM-ə istinadən xəbər verir.
Bu proqram çərçivəsində ana olmağa hazırlaşan qadınlar, eləcə də gənc analar kabinetlərin təşkil etdiyi tədbirlərdə iştirak edir, erkən yaşlı uşaqlara qulluq, ana südünün üstünlükləri, peyvəndlər barədə maarifləndirilir. İştirakçılarla geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.