Sumqayıt Tibb Mərkəzinə (STM) gənc təbib gəlib. Sumqayıt24 bu haqda 2 iyul tarixində xəbər verir.
Təzəlikcə Uşaq Xəstəxanasında fəaliyyətə başlayan Rusif İsmayılov 1988-ci ildə Zərdab rayonunda doğulub. Rusiyanın Həştərxan Dövlət Tibb Akademiyasının Müalicə işi fakültəsində oxuyub. 2011-2013-cü illərdə travmatoloq-ortoped ixtisası üzrə ordinatura keçib.
O, beş il ərzində 1 saylı Həştərxan Şəhər Xəstəxanasında, sonrakı iki il isə Sumqayıtdakı özəl tibb müəssisəsində travmatoloq-ortoped işləyib. 2020-2024-cü illərdə Zərdab Rayon Mərkəzi Xəstəxanasında çalışıb. Bir çox elmi konfranslara qatılıb.