Sumqayıt komandası "Gənc xilasedici və yanğınsöndürən" IX Ümumrespublika birinciliyinin final mərhələsinin yekununda təltif edilib. Bu haqda bu gün, 30 iyun tarixində Qəbələ Rayon İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Mükafatlandırma mərasimi Qəbələ Rayon Mədəniyyət Mərkəzində baş tutub. Tədbirdə zona yarışlarında qalib gəlmiş 14 xilasedici və yanğınsöndürən komandasının üzvləri və 60 nəfər şəhid övladı iştirak ediblər.
Sumqayıt şəhər 43 nömrəli məktəbin komandası adıçəkilən birincilikdə 2-ci yerə layiq görülüb.