Mentor və könüllülər Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində olublar. Sumqayıt24 bu haqda 4 aprel tarixində xəbər verir.
“Yenilik və İnkişaf” İB, Elm və Təhsil Nazirliyi və Sumqayıt Gənclər Evi tərəfindən görüş keçirilib. Gənclər Evinin nümayəndələri qız tələbələrin şəxsi inkişaf, İKT sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində müzakirə aparıblar.