Sumqayıtda “Gənc İxtiraçılar Laboratoriyası” layihəsinin açılış mərasimi və eyni zamanda birinci təlim keçirilib. Bu haqda Sumqayıt24 8 fevral tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Təlim Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunub. Gənclər Evində keçirilən seminarın məqsədi İKT mühəndisliyi sahəsinə həvəsi olan şagird və tələbələrdən ibarət laboratoriya yaratmaq, robot texnologiyaları, dizayn, kodlaşdırma sahələrinə maraq oyatmaq, bu sahədə təhsillərini davam etdirmək, gələcəkdə karyera və ixtisas seçimlərində yardım göstərməkdir. Burada 30 gənc iştirak etmiş və onlara sertifikatlar təqdim edilmişdir.
Layihə çərçivəsində ümumilikdə 150 nəfər iştirakçı olmaqla 5 təlimin keçirilməsi nəzərdə tutulub.Foto Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi