Sumqayıtda Gənclər və İdman Nazirliyinin 30 illik yubileyinə həsr olunmuş “Gənc-Mix” adlı konsert baş tutub. Bu haqda 26 iyul tarixində Sumqayıt24 xəbər verir.
Layihə Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Peşə Təhsil Mərkəzi və Sumqayıt Musiqi Kollecinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə ali, orta-ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.