Sumqayıtda ilk yardım mövzusunda praktik seminar keçirilib. Bu haqda 17 aprel tarixində Sumqayıt24 xəbər verir.
Təlim Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Qızıl Aypara Cəmiyyətinin (QAC) Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə gənclərin mövzu ilə bağlı fikirləri dinlənilib və sualları cavablandırılıb.
Məqsəd gəncləri ilk yardım, şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma istiqamətində maarifləndirməkdir.