Sumqayıtda “Vətəni tanı!” adlı pazl yarışı keçirilib. Bu barədə 4 oktyabr tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinə istinadən xəbər veririk.
Yarış GİKM-in Sumqayıt nümayəndəliyində keçirilib. Burada Abşeron, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Sabirabad və Şirvan gəncləri mübarizə aparıblar. Yarışma ilə paralel şəkildə gənclər üçün müxtəlif komanda oyunları da təşkil olunub.
Azərbaycan xəritəsini ən sürətli birləşdirən Gülmərcan Həsənova, İlkin Rəcəbli, Nuran Əliyeva müvafiq olaraq I, II və III yerlərin, sertifikat və hədiyyələrin sahibləri olublar.
Şəhər və rayonlardan isə komanda şəklində yarışı birinciliklə tamamlayan və mükafatlandırılan Şirvan gəncləri olublar.