Sumqayıtda istirahət guşəsində aparılan qanunsuz tikintinin qarşısı alınıb. Bu haqda 3 iyun tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktı “Göyərçin” parkı ərazisində aşkar olunub. FHN-in mütəxəssisləri və Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində tikilməkdə olan obyekt sökülüb.