Sumqayıtda avtomobillər toqquşub. Sumqayıt24 bu haqda 13 aprel tarixində xəbər verir.
Zəncirvari qəza 12 aprel axşam saatlarında Səməd Vurğun küçəsində (“Göyərçin” abidəsinin yanında) baş verib. Şahidlərin sözlərinə görə, “Chevrolet” qəfildən dayandığı zaman “Lada” markalı avtomobil ona, arxadan gələn “BMW” isə “Lada”ya çarpılıb.
Hadisə nəticəsində heç kim xəsarət almayıb. Əraziyə yol polisi cəlb olunub. [modula id="34548"]