Sumqayıtda sabah güclü külək olacaq. Sumqayıt24 bu haqda 16 may tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidməti Sarı xəbərdarlıq yayıb. Məlumata əsasən, küləyin sürəti 13.9-20.7 m/san (7-8 bal) gücündə olacaq. Bu cür külək ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka ziyan üçün orta risk təşkil edir.