Sumqayıtda güclü külək bir sıra fəsadlara səbəb olub. Sumqayıt24 bu haqda 9 fevral tarixində xəbər verir.
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Güclü küləyin təsirindən ağac yol kənarında park edilmiş “VAZ-2109" markalı avtomobilin üzərinə düşüb. Aşan ağaclardan biri 8 nömrəli marşrut avtobusuna ziyan vurub.
Həmçinin Sumqayıt-Novxanı yolunda reklam lövhəsi də dayanacağın üzərinə aşıb.
[modula id="31537"]