Sumqayıt şəhəri H.Z. Tağıyev qəsəbəsində budanan ağacların qırıntıları hələ də ərazidən aparılmayıb. Bu haqda Sumqayıt24-ə bu gün, 2 yanvar tarixində qəsəbə sakinləri məlumat verib.
Məlumata əsasən, Xətai küçəsində 30 dekabr tarixində qurumuş ağaclar budanmışdır. Kəsilmiş budaqlar 4 gündür ki, ərazidən aparılmayıb.
“Ağaclar bayramdan qabaq budanıb. Amma necə kəsiblər, eləcə də qalıb həyətin ortasında”, - deyə sakin bildirib.
Foto Sumqayıt24