Sumqayıt şəhərinin H.Z. Tağıyev qəsəbəsində abadlıq işlərinin aparılması davam etdirilir. Bu haqda Sumqayıt24-ə bu gün, 30 dekabr tarixində məlumat daxil olub.
Məlumata əsasən, ağacların budanması qəsəbənin Xətai küçəsində keçirilib. Burada ötən gün qurumuş ağaclar kəsilib. Kəsilmiş ağaclar hələ də ərazidən aparılmayıb.
Həmçinin, adı çəkilən küçədə uşaq meydançasının təmiri davam edir.
Foto Sumqayıt24
Foto Sumqayıt24