H.Z. Tağıyev qəsəbəsində ticarət obyektləri yoxlanılıb. Sumqayıt24 bu haqda 31 yanvar tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
Monitorinq AQTA-nın əməkdaşları tərəfindən aparılıb. Nəticədə qəsəbə ərazisində fəaliyyət göstərən "Rəhim" marketdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması müəyyən edilib.
Nöqsanla bağlı müvafiq tədbirlər görülüb.