Sumqayıt sakinləri 33 nömrəli marşrut avtobusu ilə bağlı narazılıq edirlər.
"Corat bağları" yaşayış massivində yaşayan sakinlər Sumqayit24.az-a müraciət edərək bildiriblər ki, avtobus təyin olunan bütün dayanacaqlardan keçmir. Şikayətçilərin sözlərinə görə, avtobus "Vuqar" marketdən daxil olub, yalnız 2 nömrəli məktəb tərəfə gedir, amma "Sevinc" marketin yaxınlığından heç keçmir. Bu səbəbdən yerli əhali məktəbə piyada getmək məcburiyyətində qalır. Həmçinin, sonuncu dayanacaqdan qayıdanda avtobus başqa marşrutla hərəkət edir.