Sumqayıtda “Şəxsin inkişafında ailənin rolu” mövzusunda dəyirmi masa keçirilib. Sumqayıt24 bu haqda 23 may tarixində xəbər verir.
Tədbir Heydər Əliyev Mərkəzi və 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi tərəfindən təşkil olunub. Sumqayıt Gənclər Evinin psixoloqu Gülnar Yusifova dəyərli fikirlərini gənclərlə bölüşüb, sonra isə diskussiya aparılıb.