Sumqayıtda “Müasir Azərbaycanın memarı və qurucusu” mövzusunda konfrans keçirilib. Sumqayıt24 bu haqda 10 mart tarixində xəbər verir.
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir İcra Hakimiyyəti və “Azərbaycan” qəzeti tərəfindən təşkil edilib. İştirakçılar öncə ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüblər.
İcra başçısı Zakir Fərəcov və “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov ulu öndərin həyat və fəaliyyətindən söz açıblar.
Konfransda Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev “Sumqayıtın inkişafı və yüksəlişinin banisi Heydər Əliyevdir”, “Şöhrət” ordenli Əməkdar müəllim Ofelya Babayeva “Heydər Əliyev irsi Sumqayıtda layiqincə yaşadılır”, Asan Xidmət Mərkəzinin Baş mütəxəssisi, gənc fəal Fəridə Qafarova “Heydər Əliyev ideyaları sumqayıtlı gənclərin istinadgahıdır”, Etilen-polietilen zavodunun direktoru Oqtay Niftəliyev “Heydər Əliyev - Sumqayıtda sənayenin inkişafı”, Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev “Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərdir” mövzusunda çıxışlar ediblər.