Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı qəbul keçirib. Sumqayıt24 bu haqda 16 may tarixində xəbər verir.
Corat qəsəbəsində keçirilən görüşdə icra başçısı Zakir Fərəcov, müavinləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, qazilər, şəhid ailə üzvləri və sakinlər iştirak ediblər.
Fərəcov sakinləri narahat edən məsələlərlə tanış olub, müraciət və təkliflərini dinləyib. Sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə bağlı problemlərin böyük qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli üçün qurumların rəhbərlərinə tapşırıqlar verilib.