Sumqayıt Bulvarı təmir olunacaq. Sumqayıt24 bu haqda 2 iyul tarixində İqtisadiyyat.az-a istinadən xəbər verir.
İcra Hakimiyyəti bununla bağlı hazırlıqlara başlayıb. İstirahət guşəsindəki istinad divarının tökülmüş hissələri mərmər tavalarla üzlənəcək. Həmçinin digər zəruri təmir işləri aparılacaq.
Təmir işləri "Kaspian Standart" MMC-yə həvalə edilib. Şirkətə 187.281,59 manat ödəniləcək.
Qeyd edək ki, "Kaspian Standart"ın adı mətbuatda qalmaqallarla yadda qalıb. 2022-ci ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusuna görə Baş Prokurorluğa müraciət edib.
Həmin vaxt yayılan rəsmi məlumatda digər şirkətlərlə yanaşı, “Kaspian Standart” MMC-nin də bəzi dövlət satınalmalarının sənədlərini saxtalaşdırdığı bildirilib.