Xəbər verdiyimiz kimi, Sumqayıt Şəhidlər xiyabanının yaxınlığında pandusun tikintisi yarımçıq saxlanılıb.
Bu barədə sosial şəbəkələrdə görüntülər yayımlanıb. Görüntülərdən aydın olur ki, pilləkənin yalnız bir hissəsində, yarımçıq şəkildə pandus quraşdırılıb, digər hissədə isə bu imkan təmin olunmayıb. Nəticədə, həm hərəkət məhdudiyyəti olan vətəndaşlar, həm də uşaq arabası ilə hərəkət edən şəxslər üçün ərazi tam əlçatan deyil. Bir sözlə, onlar həmin yeri sərbəst istifadə etməkdə ciddi çətinliklərlə üzləşirlər.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti Sumqayit24.az-a açıqlama verib.
Qurumdan bildirilib ki, məsələ diqqətə alınıb:
“Ərazidə gələcəkdə kompleks təmir-bərpa işlərinin aparılması nəzərdə tutulub. Təmir prosesi çərçivəsində pandusla bağlı mövcud problem də tam şəkildə aradan qaldırılacaq.”