Dövlət qurumu Sumqayıtda yaşıllığın məhv edilməsinə münasibət bildirib. Sumqayıt24 bu haqda 8 iyun tarixində xəbər verir.
Xəbər verdiyimiz kimi, 29-cu məhəllədəki yataqxananın söküntüsü zamanı çox sayda ağac daşların altında qalıb. Onlar qırılıb və əyiliblər.
İcra Hakimiyyəti redaksiyamıza açıqlamasında bildirib ki, ağacların zərər görməməsi üçün aidiyyəti qurumlara tapşırıq verilib. Ərazi nəzarətə götürülüb və tədbirlər görüləcək.