Sumqayıtda idarə müdiri Əməkdar təhsil işçiləri ilə görüşüb. Sumqayıt24 bu haqda 7 mart tarixində xəbər verir.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin (AXRTİ) rəhbəri İlhamə Abdullayeva şöhrət ordenli Əməkdar müəllim, uzun illər Təhsil şöbəsinin müdiri olan, ömrünü Sumqayıt təhsilinə həsr edən Prezident təqaüdçüsü Ofelya Babayeva və Əməkdar müəllim, “Tərəqqi” medallı, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Adilə Süleymanovanı 8 Mart–Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.