Sumqayıtda martın 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti olacaq.