top
İlin son Ay tutulması müşahidə edilir
28 avqust 2026, 10:05
- ↺ +

İlin son Ay tutulması müşahidə edilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avqust ayında ilin son Ay tutulması başlayıb.

Sumqayit24.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bu, qismən Ay tutulmasıdır. Yəni Yerin Kölgəsi Ayı tamamilə örtməyəcək. Belə ki, qismən Ay tutulması Ay Yerlə Ayın orbitinin kəsişmə nöqtəsinə tam düşmədiyi halda baş verir. Ayın orbit müstəvisi Yerin orbit müstəvisi ilə cəmi 5°-lik bucaq əmələ gətirir.

Bu bucaq çox böyük olmadığı üçün Ay hər ay Yer ilə Günəş arasındakı xəttin üzərindən dəqiq keçmir. Buna görə də tutulmalar hər ay deyil, Ay, Yer və Günəşin uyğun konfiqurasiyada - bir düz xətt üzərində və ya kiçik fərq olduğu halda baş verir. Ay tutulması yalnız tam Ay fazasında mümkün olur.

Tutulma saat 05:23-də başlayıb, saat 11:01-də bitəcək. Təbiət hadisəsi Avropa, Afrika, Şimali və Cənubi Amerika, Sakit, Atlantik və Hind Okeanında müşahidə olunmur. Azərbaycan üçün 05:35-də artıq mülki alaqaranlıq vaxtıdır və Ay üfüqdən yuxarıda olsa da, tutulma başlayandan cəmi 12 dəqiqə sonra hava işıqlanacaq, bu müddət isə yarımkölgəli tutulma fazasına düşəcək.

Yarımkölgəli Ay tutulması isə adi gözlə çətin seçilir, sadəcə Ayın işığının cüzi azalması kimi hiss olunur.

Xatırladaq ki, 2026-cı ildə daha əvvəl olan üç tutulma hadisəsi - iki Günəş və bir Ay tutulmasından heç biri Azərbaycan ərazisindən müşahidə olunmayıb. 2027-ci ildə isə ikisi Günəş, üçü isə Ay tutulması olmaqla, ümumilikdə beş tutulma hadisəsi olacaq ki, onlardan 21 fevralda baş verəcək Yarımkölgəli Ay tutulması və 2 avqustda baş verəcək Tam Günəş tutulması Azərbaycandan müşahidə olunacaq. Günəş tutulması zamanı Azərbaycan tam kölgə zolağına düşmədiyindən tutulma ölkə ərazisindən Qismən Günəş tutulması kimi müşahidə olunacaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 25-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Dünən, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Dünən, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Dünən, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Dünən, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Dünən, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Dünən, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Dünən, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Dünən, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Dünən, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Dünən, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Dünən, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
19 oktyabr 2026, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
19 oktyabr 2026, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
19 oktyabr 2026, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Bütün xəbərlər
19 oktyabr 2026, 16:55

Sumqayıtda sakinlər zibil probleminin əlində aciz qalıblar

Bütün xəbərlər
19 oktyabr 2026, 16:48

Sumqayıt Avtovağzalında sərnişin düşürmək üçün də pul istəyirlər? – AÇIQLAMA

Oxşar xəbərlər