Aparıcı və aktyor İlkin Həsəni “manatlıq taksilər”lə bağlı paylaşım edib. Sumqayıt24 bu haqda 30 mart tarixində xəbər verir.
O, “MTV” kanalında olarkən “20 Yanvar” metro stansiyası ətrafında və eyniadlı dairədə yaşanan tıxaclardan şikayətlənib.
“Bu günə kimi heç bir qurumun bacara bilmədiyi “Sumqayıta bir nəfər” problemi. Üç aydan bir faydası olmayan reydlərlə “hörmətli sürücü, burada maşın saxlama” deməklə deyil, konkret addımlar atmaq lazımdır.
Orada saxlayan avtomobillər cərimə olunarsa, sizcə, yenidən orada saxlayar? Yox! Ölkəmizin ən böyük problemi də budur, cəzasızlıq”, - deyə İlkin vurğulayıb.