Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar. Bu haqda 13 aprel tarixində Sumqayıt24 məktəbə istinadən xəbər verir.
Tədris ocağının şagirdləri Kursk vilayətinin Mədəniyyət Nazirliyi və Özbəkistan Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Созвездие Соловьиного Края" çoxjanrlı müsabiqədə iştirak ediblər.
Məktəbin fortepiano sinfində təhsil alan 1-ci sinif şagirdi Fərid Faxurdinov III dərəcəli Laureat, 1-ci sinif şagirdi Leyla Həşimzadə və 5-ci sinif şagirdi Aydan Əliyeva I dərəcəli Laureat adına layiq görülüblər. Məktəbliləri müsabiqəyə hazırlayan müəllimələri Gülbəniz Həsənova Təşəkkürnamə ilə təltif olunub.