Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri müsabiqədə iştirak ediblər. Bu haqda 17 may tarixində Sumqayıt24 Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
“Arts Olimpia” adlı Uşaq İncəsənət Müsabiqəsində iştirak edən təhsil ocağının 5-ci sinif şagirdi Nicat Qafarov 1-ci yerə, Nəzrin Həsənli 2-ci yerə, Məlahət Azadlı isə laureat adını qazanaraq, 3-cü yerə layiq görülüblər. Məktəblilər medalla təltif olunublar.
Müsabiqə Gənclər İttifaqının təşkilatçılığı ilə baş tutub.