Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri Rəsm müsabiqəsində uğur əldə ediblər. Bu haqda 3 iyun tarixində Sumqayıt24 Mədəniyyət Xəbərlərinə istinadən məlumat verir.
Rəssamlıq şöbəsində təhsil alan şagirdlər - Fatimə Mustafayeva, Fidan Hüseynova və Dərya Əyyubova məktəblərarası 3-cü Rəsm müsabiqəsində Fərqlənmə, Sertifikat və Təşəkkürnamə ilə mükafatlandırılıblar. Şagirdləri müsabiqəyə məktəbin müəllimi Səbinə Həsənzadə hazırlayıb.
Müsabiqə “Faber Castell Azərbaycan”, Birləşmiş Rəssamlar Klubu (Azərbaycan) və “Faber-Castell”in Azərbaycandakı səfiri Ləman Yusifli ilə birlikdə təşkil olunub.